Son illərdə müsabiqədə final mərhələsinə keçə bilmədən evə qayıtmalı olan Latviya bu il də Avroviziya təmsilçisini Supernova adlı milli finalı ilə seçdi.

Finalda 10 iştirakçı Avropanın əsas səhnəsinə çıxmaq üçün yarışıb. “Aijā” adlı mahnısı ilə “Sudden Lights” qrupunun qalib olduğu səsvermədə həm münsif, həm də xalq səsverməsi nəzərə alınıb.

Final nəticəsi;

  1. Sudden Lights – “Aijā”
  2. Patrisha – “Hush”
  3. 24. Avēnija – “You Said”
  4. Markus Riva – “Forever”
  5. Avéi – “Let Me Go”
  6. Raum – “Fake Love”
  7. Toms Kalderauskis – “When It All Falls”
  8. Alise Haijima – “Tricky”
  9. Artūrs Hatti – “Love Vibes”
  10. Luīze – “You to Hold Me”

Qalib qrup Sudden Lights bundan öncə 2018-ci ildə də Supernovaya qatılmış və 2-ci yerdə qərarlaşmışdı.

Qeyd edək ki, Latviya birinci yarımfinalın ilk hissəsində final üçün mübarizə aparacaq.