Macəralarına 40 mahnı ilə başlayan “Malta Eurovision Song Contest” milli finalı 4 həftə davam etdikdən sonra ötən gün finalda 16 iştirakçı ilə sona yaxınlaşıb.

Glen Vella və Amberin aparıcılığını etdiyi gecədə iştirakçılar öz çıxışları ilə fərqlənməyə çalışaraq ölkələrini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün mübarizə aparıblar.

5 nəfərlik münsif heyətinin və tamaşaçıların səsi ilə 121 xalla qalib “Dance (Our Own Party)” adlı mahnısı ilə The Busker olub.

Qeyd edək ki, Malta 1-ci yarımfinalın ilk yarısında çıxış edəcək.