Samirə Əfəndiyeva Azər qızı 17 aprel 1991-ci ildə Bakı şəhərində hərbçi ailəsində anadan olmuşdur. 1994-cü ildən Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti olub. Həmin illərdə “Cücələrim Rəqs Ansamblında” milli rəqs dərslərini alıb.
2001-ci ildə Bakı şəhəri K. Səfərəliyeva adına 16 saylı uşaq musiqi məktəbinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi fortepiano ixtisası üzrə bitirmişdir.
2006-cı ildə Azərbaycan Milli Konservatoriyanın nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olub.
2010-cu ildə “Estrada musiqi sənəti” ixtisası üzrə tam kursu bitirmişdir.
O, 2020 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı “Cleopatra” mahnısı ilə təmsil edəcəkdi, lakin yarışma ləğv edildi. Buna baxmayaraq, o, 2021 Avroviziya Mahnı Müsabiqəsində yenidən iştirak etmək hüququ qazandı. Və bu səfərdə “Mata Hari” mahnısı ilə Azərbaycanı təmsil etdi.
Samirə Əfəndini Avroviziya sonrası aşağıda qeyd olunan sosial şəbəkə hesablarından izləyə bilərsiniz: