INFEVision

“INFEVISION” Video Müsabiqəsi 2011-ci ildən bəri “INFE” (Beynəlxalq Avroviziya Fan-klubları Şəbəkəsi) tərəfindən təşkil edilən onlayn musiqi müsabiqəsidir. Hər bir “INFE” üzvü müsabiqənin təşkilatçısı tərəfindən müəyyən edilmiş, uyğunluq meyarlarına cavab verən mahnı və video təqdim etməklə iştirak edə bilər.

QISA TARİX

2011-ci ildə “INFE” icmasının üzvlərinin öz namizədini təqdim edərək birbaşa müsabiqəyə qatıldığının şahidi olduq. Nəticədə 48 mahnı müsabiqəyə qatıldı və Giannis Moraitis “Gia proti fora” (İlk dəfə) mahnısı ilə Yunanıstana qələbə gətirdi.

Növbəti buraxılışda Afinadan canlı olaraq 2012 “INFEVISION” Video Müsabiqəsində iştirak edən “INFE” klubları təqdim edildi. Müsabiqədə 19 ölkə iştirak etdi və Tunis Emel Matlutinin “Ma lkit” (İtmiş) mahnısı ilə kuboku qazandı.

2013 və 2014-cü illərdə müsabiqədə xüsusi dəyişiklik oldu — bütün “INFE” klubları müsabiqədə iştirak etmək üçün 2 mahnı təqdim etdilər. Buna görə də 2013-cü ildə 10 klub (ümumilikdə 20 mahnı ilə), 2014-cü ildə isə 9 ölkə (ümumilikdə 18 mahnı ilə) özünü sınadı. Fransa həm Stromaenin “Papaoutai”, həm də İndilanın “Derniere danse” mahnısı ilə hər iki ildə qalib gəldi.

İki illik fasilədən sonra 2017-ci ildə Bakıda keçirilən “INFEVISION” Video Müsabiqəsi Azərbaycanın gözoxşayan və parlaq ev sahibliyi ilə ekranlara geri qayıtdı. 14 ölkə mübarizə apardığı müsabiqədə Birləşmiş Krallıq müsabiqənin qalibi oldu.

Sonrakı illərdə yeni klubların meydana gəlməsi ilə müsabiqəyə yeni ölkələrin də qatılması əsas məsələyə çevrildi. 2017-ci ildən 2022-ci ilə qədər olan müddət ərzində müsabiqəyə Kolumbiya, Gürcüstan, Macarıstan, Meksika, Sloveniya, Slovakiya, Moldova, Rumıniya, Filippin və Venezuela da daxil oldu.

“INFEVISION” VİDEO MÜSABİQƏSİNİN “ŞÖHRƏT ZALI”

“INFEVISION” Video Müsabiqəsi haqqında bəzi maraqlı faktları nəzərinizə çatdırırıq:

  • Ən çox iştirakçı mahnı sayı: 48 (2011);
  • Ən çox iştirakçı klub sayı: 23 (2022);
  • Ən çox qalibiyyət: Fransa (2013, 2014);
  • Ən çox ev sahibliyi: Rumıniya (2020, 2022);
  • Ən çox ikinci yer: Yunanıstan (2017, 2018, 2021);
  • Ən çox üçüncü yer: Birləşmiş Ştatlar (2017, 2020);
  • Ən çox sonuncu yer: Şimali Makedoniya (2012, 2017, 2019);
  • Toplanmış ən yüksək xal: 254 (Slovakiya, 2022-ci il qalibiyyəti);
  • Toplanmış ən aşağı xal: 2 (Liviya, 2011-ci il);
  • Ən çox iştirak edən ölkə(lər): Kipr, Yunanıstan, Polşa və Türkiyə (2011-ci ildən 2022-ci ilə qədər 10 dəfə);
  • Müsabiqədə indiyədək 220 mahnı iştirak edib.

“INFEVISION” VİDEO MÜSABİQƏSİNİN QALİBLƏRİ

• 2011: Yunanıstan — Giannis Moraitis — Gia proti fora, 193 xal

• 2012: Tunis — Emel Matluti — Ma lkit, 111 xal

• 2013: Fransa — Stromae — Papaoutai, 61 xal

• 2014: Fransa – İndila — Dernière danse

• 2017: Birləşmiş Krallıq — Peyton — When They Go Low, 105 xal

• 2018: Çex Respublikası — Mikolas Yozef – Me gusta, 131 xal

• 2019: İtaliya — Mahmud — Barrio, 126 xal

• 2020: Moldova – Saşa Lopez & Mişa Miller — Smoke Me, 229 xal

• 2021: Rumıniya — Minelli — Rampampam, 211 xal

• 2022: Slovakiya — ADONXS — Moving On, 254 xal