Nadir Rüstəmli

Məktəb illərində Qulu Əsgərov adına musiqi məktəbində piano və solfecio üzrə 7 illik musiqi təhsili alıb. 2017-ci ildə Tələbə Baharı Ümumrespublika Mahnı Festivalına qatılıb ikinci yerin qalibi olub. 2019-cu ildə eyni yarışmada yenidən iştirak edərək yarışmanın qalibi olmuşdur. 2019-cu ildə Youthvision Beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş, 21 ölkə arasında 2-ci yerin qalibi olmuşdur. 2021–2022-ci il Səs Azərbaycan yarışmasında iştirak etmiş və yarışmanın qalibi olmuşdur.

Avroviziya 2022-də bu il ölkəmizi “Səs Azərbaycan” mahnı müsabiqəsinin qalibi Nadir Rüstəmli təmsil edəcək.
2021-ci ildə Azərbaycanın “İctimai TV” kanalında yayımlanan “Səs Azərbaycan” layihəsində iştirak etmişdir.

O ilk mərhələdə “Writing’S on the wall” mahnısını ifa etmişdir və 2 münsif Nadir Rüstəmli tərəfə dönmüşdür. O isə Eldar Qasımov komandasında yarışmağı seçmişdir. Daha sonra növbəti mərhələdə Amir Paşayev ilə birgə “Beggin” mahnısını ifa etmişdir. Eldar Qasımov  isə Nadir ilə Amir arasında seçim etmiş və Nadir Rüstəmlini komandasında saxlamışdır. Nadir Rüstəmli 1/8 finalda “Xatirədir” mahnısını ifa edərək növbəti mərhələyə vəsiqə qazanmışdır. Finalda “Bu da son”, “Bad Liar” və Eldar Qasımov ilə “Running Scared” mahnısını ifa etmişdir.

Finalda SMS səsverməsinin yekununda 4 iştirakçıdan 1-i layihənin qalibi olacaqdı. Nadir 42,6% dərəcəsi ilə birinciliyi əldə edərək layihənin qalibi olmuşdur.

O, 2022-ci ildə keçirilənAvroviziya Mahnı Müsabiqəsinində ölkəmizi “Fade To Black” adlı mahnı ilə təmsil etmişdir.

Nadiri Avroviziya sonrası aşağıda qeyd olunan sosial şəbəkə hesablarından izləyə bilərsiniz: