2023-cü il Brit mükafatları, 11 fevral 2023 tarixində Londondakı O2 Arenada keçirilib. 50-dən çox sənətçinin müxtəlif kateqoriyalarda namizəd olduğu ulduzlarla dolu gecədə Harry Style ən çox mükafat qazanan ad olub. Aparıcılığını Mo Gilliganın etdiyi gecədə Lui Kapaldi, David Guetta və son “Grammy” qaliblərindən olan Wet Leg, Lizzo, Harry Styles və Stormzy kimi adlar çıxış edib.
Bu il Brit həm də, Avroviziya fanatları üçün maraqlı bir axşam idi, çünki 2022-ci ildə Birləşmiş Krallığın təmsilçisi olaraq çıxış edən Sam Ryder “Ən Yaxşı Yeni İfaçı” kateqoriyasında namizəd göstərilmişdir. Bununlada o, Brit mükafatlarında namizəd göstərilən ilk Avroviziya iştirakçısı oldu. Gecəni mükafatsız başa vuran Sam sonda David Guetta ilə səhnə paylaşıb.
“Ən Yaxşı Yeni İfaçı” kateqoriyasında qalib Wet Leg olub. Onlar Beyoncé ilə bərabər hər biri iki mükafata layiq görülüblər.
Brit mükafatları İngiltərə musiqi sahəsindəki ən mühüm musiqi hadisəsidir. Bu mükafatlar 1977-ci ildən bəri hər il təşkil edilir və Britaniya musiqi sənayesində ən yaxşı musiqiçilərə təqdim edilir.