1991 Avroviziya Mahnı Müsabiqəsi İtaliyanın Roma şəhərində keçirildi və səsvermənin sonunda Fransa və İsveç birinci yer uğrunda yarışdılar.

1991-ci il Avroviziya Mahnı Müsabiqəsi hər il italiyan musiqi festivalı ilə tanınan dənizkənarı San-Remo kurortunda keçirilməli idi, lakin aparıcı yayımçı RAI Balkan regionunda davam edən qeyri-sabitliyə görə onu çox gec mərhələdə Romaya daşıdı. 1956-cı ildə keçirilən ilk Avroviziya Mahnı Müsabiqəsindən sonra ikinci dəfə Niderland ölkənin Anma Günü ilə əlaqədar müsabiqədən çəkilmək qərarına gəldi. Malta kvota (çünki 1993-cü ilə qədər AYİ yalnız 22 ölkənin iştirakına icazə verirdi, indi isə bu say 44-dür) yeri tutdu, bu da ölkənin 1975-ci ildən bəri ilk dəfə müsabiqəyə geri qayıtması demək idi.

Müsabiqəyə aparıcılığı ötən il İtaliya adına qalibiyyət gətirən Toto Kutunyo etdi. Toto ilə səhnəyə İtaliyanın digər qalibi, 1964-cü ildə müsabiqənin qalibi olmuş Ciliola Çinqkuetti qatıldı. Şounun əksəriyyətində aparıcılar yalnız italyan dilində danışdılar.

Fransa—İsveç

Səsvermə prosesinin sonunda həm İsveç, həm də Fransa hərəyə 146 xal topladı. Beləliklə, 1989-cu ildən etibarən tətbiq edilən tay-breyk qaydası qüvvəyə mindi. Fransa və İsveçin hər ikisinin 12 xalı eyni idi, buna görə də 10 xal hesablandı. İsveç daha çox 10 xal topladı və qalib elan edildi. Karola artıq 1983-cü ildə müsabiqədə üçüncü yeri özünün “Främling” mahnısı ilə qazanmışdır. O, 1990-cı ildə Zaqrebdə keçirilən müsabiqəyə qatılmağa çalışsa da, İsveç milli finalında məğlub oldu. 2006-cı ildə bir daha iştirak etdi və “Invincible” mahnısı ilə 5-ci yeri tutdu.

Faktlar və rəqəmlər

• Hər bir müğənnidən postkart kliplərinin bir hissəsi kimi tanınmış italyan mahnısını ifa etmək istənilib. Hər bir postkart üçün seçilən şəkillərin ifaçıların şəxsiyyətlərini əks etdirdiyi təsvir edildi;

• Birləşmiş Krallıq məşhur müğənni, 1984-cü ildə “Belle and Devotions” qrupunun üzvü kimi çıxış etmiş Kit Rolfe və 1980-ci illərdə bir sıra hitləri olan Hezell Din ilə təmsil olundu. Din 1976 və 1984-cü illərdə Birləşmiş Krallığın milli seçimlərində iştirak etmişdir. 1991-ci ildə Birləşmiş Krallıq təmsilçisi Samanta Yanus Avroviziyada çıxışından sonra uğurlu aktyorluq karyerasına davam etmişdir;

• 1991-ci il müsabiqəsi xaotik bir hadisə kimi yadda qaldı və AYİ-nin icraçı direktoru Frenk Nef, xüsusilə səsvermə zamanı aparıcılar tərəfindən müntəzəm olaraq səslərə aydınlıq gətirməsi üçün çağırıldı.