INFE fan klubları arasında 2010-cu ildən bəri keçirilən “INFEvision Video Contest” bu il INFE Rumıniyanın ev sahibliyi ilə baş tutacaq.

Ölkəmizi bu il sözügedən müsabiqədə təmsil etməsi üçün 5 namizəd – Murad Arif, Bahar, SAHRA, Röya və Mila Miles arasında səsverməni açıq elan edirik. Qeyd edək ki, səsvermə üçün son gün 30 sentyabrdır.

Buradan səs verə bilərsiniz.

Xatırladaq ki, Azərbaycan bu yarışmaya 2013-cü ildən qatılır və 2017-ci ildə ev sahibliyi edib.