Əvvəllər Stokholm və Göteborqda Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etdikdən sonra İsveçin SVT yayım şirkəti 1992-ci ildə İsveçin üçüncü böyük şəhəri Malmödə Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etmək qərarına gəldi.

İştirakçı ölkələrin yeni rekordu 1992-ci ildə Niderlandın müsabiqəyə qayıtması və Maltanın iştirakını davam etdirməsi ilə müəyyən edildi. Şounun keçirildiyi yer böyük sərgi və konfrans mərkəzi olan “MalmöMässan” idi. Səhnə vikinq gəmisinin kamanı şəklində idi və döşəmə dizaynı AYİ-nin Avroviziya loqosunun uyğunlaşdırılması idi.

İrlandiya rekordu qırdı

1984-cü ildə ikinci yeri tutan Linda Martin, bu il “Why Me?” mahnısı ilə İrlandiya adına növbəti qalibiyyəti gətirdi, o daha əvvəl 1980 və 1987-ci illərdə iki dəfə mahnı müsabiqəsinin qalibi olmuş Conni Loqan tərəfindən bəstələnmiş mahnı ilə yarışdı. Conni Loqan üç dəfə Avroviziya Mahnı Müsabiqəsinin qalibi olmaqla rekordlar kitabına düşüb; 1980-ci ildə ifaçı, 1987-ci ildə bəstəkar və ifaçı, 1992-ci ildə mahnı müəllifi kimi.

Faktlar və rəqəmlər

• Yarışqabağı favorit Maykl Balın təmsil etdiyi Birləşmiş Krallıq idi. Nümayəndə heyəti Malmöyə gələndə onları “Bağlanmamış Krallığa xoş gəlmisiniz” yazılmış pankartla qarşıladılar;

• İsveçi Avroviziya Mahnı Müsabiqəsində İsveçə ən pis nəticələrindən biri olan 22-ci yeri qazandırmış Krister Byorkman təmsil edib. Daha sonra o, İsveçin milli seçiminin möhtəşəm dirçəlişinin əsasını qoyacaq, “Melodifestivalen”;

• İlk üçlükdə qərarlaşan mahnıların hamısı ingilis dilində ifa olundu və bu da bəzi nümayəndə heyətlərinin ingilisdilli ölkələrin haqsız üstünlüyə malik olmasından şikayət etməsinə səbəb oldu. Maltaya rəsmi dillərdən biri olduğu üçün ingilis dilində mahnı oxumağa icazə verildi;

• 1992-ci ildə Yuqoslaviya Avroviziya Mahnı Müsabiqəsində sonuncu dəfə iştirak etdi.