18 ölkə Expo Təl-Əviv səhnəsində 18 mayda keçiriləcək 64. Avroviziya mahnı müsabiqəsinin finalına vəsiqə qazanmaq üçün mübarizə aparıb.

Təmsilçimizin bağlanışını etdiyi gecənin sonunda 10 ölkə finala vəsiqə qazanıb:

Şimali Makedoniya – “Proud” ilə Tamara Todevska

Hollandiya – “Arcade” ilə Duncan Laurence

Albaniya – Ktheju tokës ilə Jonida Maliqi

İsveç – “Too Late For Love” ilə John Lundvik

Rusiya – “Scream” ilə Sergey Lazarev

Azərbaycan – “Truth” ilə Çingiz Mustafayev

Danimarka – “Love Is Forever ” ilə Leonora

Norveç – “Spirit In The Sky” ilə KEiiNO

İsveçrə – “She Got Me” ilə Luca Hanny

Malta – Chameleon ilə Michela

8 ölkə üçün isə müsabiqə bir qədər tez bitib: Ermənistan, İrlandiya, Moldova, Latviya, Rumıniya, Avstriya, Xorvatiya və Litva.

Qeyd edək ki, Çingiz Mustafayev final günü səhnəyə final şousunun ikinci hissəsində çıxacaq.