Finlandiyanın milli seçim turu olan Uuden Musiikin Kilpailu (UMK) finalı bu gün baş tutdu. İştirakçılar arasında ötən ilin UMK qalibi Aksel, Estoniyanı Avroviziya Mahnı Müsabiqəsində 2 dəfə təmsil etmiş Laura da yer alırdı.

  • Oskr – Lie
  • Teflon Brothers x Pandora – I Love You
  • Danny – Sinä Päivänä Kun Kaikki Rakastaa Mua
  • Laura – Play
  • Aksel – Hurt
  • Blind Channel – Dark Side
  • Ilta – Kelle Mä Soitan

Səsvermə nəticəsində, münsiflərdən 72, xalqdan 479 bal alaraq, metal qrupu olan Blind Channel “Dark Side” mahnısı ilə Finlandiyanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etməyə haqq qazandı.

Xatırladaq ki, qrup 20 May tarixində baş tutacaq 2-ci yarımfinalda yarışacaq.