Bolqarıstanın 2020 və 2021 Avroviziya Mahnı Müsabiqəsi təmsilçisi müğənni və bəstəkar Viktoriya yeni sinqlı “Lover’s Trial”-a çəkdirdiyi klipi təqdim edib. Bu, “Warner Music Group”-un cənub-şərqi Avropa qərargahı “Warner Music Poland” ilə artist olaraq onun ilk işidir.

Viktorya beynəlxalq musiqi səhnəsinə yad deyil. 2020 və 2021-ci illərdə vətəni, Bolqarıstanı Avroviziya Mahnı Müsabiqəsində təmsil edib. O, İspaniya və Böyük Britaniyada beynəlxalq səhnələrdə çıxış edib və “The Masked Singer” lahiyəsinin bolqar versiyasının qalibidir. Viktorya Bolqarıstanda ən böyük yay turunda və son üç ildə isə “Sofia Pride”-da çıxış edib.

Viktorya “Lover’s Trial” sınqlı barəsində bunları deyir:

“Lover’s Trial”-ın yaranma səbəblərindən biri bu yaxınlarda yaşadığım bir ayrılıq olsa da, mahnı həmçinin bir çox insanın özünü tapa biləcəyi bir hekayəni danışır. Bəzən sevdiyimiz insanla münasibətin istədiyimiz istiqamətə getmədiyini görəndə bitib-tükənməz məyusluq və ağrı hissi yaşayırıq. Mən həyatımda həmin pis dövrlərin çoxunu yaşamışam və bu mahnı vasitəsilə də özümü o hislərdən azad edib yoluma davam istəyirəm.”

“Lover’s Trial”-ın musiqi videosu küləkli gecədə, Sofiya şəhərində çəkilib.
Klipin rejissoru “Mooncut Film” studiyasından Viktoriya Karakoleva, quruluşçu rejissoru isə Damian Dimitrovdur.

Viktoriya “Lover’s Trial” sinqlnı amerikalı bəstəkar Sofi Hintz və Viktoriyanın Avroviziyada səsləndirdiyi “Growing Up Is Getting Old” mahnısını ərsəyə gətirmiş isveçli bəstəkarlar Helena Larsson və Oliver Byörkvall ilə birlikdə yazılmışdır.