“Vesna” qrupu “My Sister’s Crown” mahnısı ilə Çexiya milli seçim turu ‘ESCZ 2023″-də qalib gəldikdən sonra bu il Liverpulda keçiriləcək “Eurovision” mahnı müsabiqəsində Çexiyanı təmsil etmək haqqı əldə edib.


 5 ifaçının mübarizə apardığı gecədə qalib sırf xalq səsverməsi (30%) və beynəlxalq auditoriyayanın (70%) səsverməsi ilə müəyyən edilib.

 5 ifaçının mübarizə apardığı gecədə qalib sırf xalq səsverməsi – Çex tamaşaçılarının (30%) və beynəlxalq auditoriya (70%) – müsabiqə izləyicilərinin səsverməsi ilə müəyyən edilib. Bu ilki seçimi maraqlı edən bir nüans da 15 ildə ilk dəfə Çexiya “Eurovision” mahnı müsabiqəsi təmsilçisini müəyyən etmək üçün canlı şoudan istifadə etməsidir. Digər maraqlı bir nüans isə qrupun Çexiya rəsmi olaraq adını dəyişdikdən sonra ilk dəfə ölkərini yeni adı ilə müsabiqədə təmsil edəcək olmasıdır.


Müğənni-bəstəkar Patricie Fuxova rəhbərlik etdiyi “Vesna” qrupu 2019-cu ildə Andel Mükafatlarına namizəd olublar. Elə həmin il də qrup məşhur Norveç müğənnisi Aurora tərəfindən konsertdən əvvəl dəstək çıxışı üçün seçiliblər.


Qeyd edək ki, İrlandiya mayın 9-da Liverpulda keçiriləcək müsabiqənin birinci yarımfinalın ikinci yarısında mübarizə aparacaq.