Bu axşam İrlandiya “The Late Late Show”un xüsusi buraxılışında Liverpulda keçiriləcək müsabiqə üçün öz təmsilçilərini seçib. 6 ifaçının mübarizə apardığı gecədə qalib xalq səsverməsi, beynəlxalq və yerli münsiflər heyətinin səsverməsi ilə müəyyən edilib.
ADGY – Too Good for your Love
CONNOLLY – Midnight Summer Night
Wild Youth – We are One
Leila Jane – Wild
K Muni & ND, Kofi Appiahç Nevlonne Dampare – Down in the Rain
Public Image Limited – Hawaii
Dublində yaşayan 4 dostun qurduğu “Wild Youth”qrupu xalqın səsi ilə gecəni qalib kimi başa vuraraq ölkələrini Avroviziya mahnı müsabiqəsində təmsil etməyə haqq qazanıblar.
Qrup müsabiqəyə aparacaqları “We are one” adlı mahnını Qremmi mükafatına layiq görülmüş bəstəkar Jörgen Elofsson ilə birlikdə yazıb. Qrup üzvləri “kədərli düşüncələri xatırladan, şəxsi, lakin bir o qədər də universal sevgi mahnısı” kimi təsvir etdikləri müsabiqə mahnısını həyat yolunda doğma insanla birlikdə çətin dövrlərdən keçən hər kəsə həsr etdiklərini qeyd ediblər.
Finaldan sonra danışan “Wild Youth” qrupu: “Ümid edirik ki, hər kəs mahnımızı və bizi sona kimi dəstəkləyəcək” deyə bildirib.
2017-ci ildə debüt edən qrup Spotify-da 10 milyondan çox dinləyici ilə İrlandiya efirlərində və musiqisi hit-paradında daimi yer alır.
Qeyd edək ki, İrlandiya mayın 9-da Liverpulda keçiriləcək müsabiqənin birinci yarımfinalın ilk yarısında mübarizə aparacaq.