Avroviziyanın yaddaqalan simalarından, 2016-cı il Azərbaycan təmsilçisi “SAMRA” özünün yeni iş birliyi ilə musiqisevərləri təəccübləndirib. Şəxsi “Instagram” hesabından almaniyalı prodüsserlə çalışmağa başladığını xəbər versə də, musiqiçinin kimliyini bəlli etməyib. Lakin “I need a man” adlı mahnının rəsmi platformalarda müəllifinin Almaniyanın məşhur musiqiçilərindən Ştefan Ştayberin olduğunu görmək mümkündür.

Daim yenilikləri ilə öz izləyicilərini sevindirən “şəhərin ən dəli qızı” həm mahnısı ilə, həm də fotosessiyası ilə bir daha ölkənin əsas maqazin gündəmində olmağı bacarıb. Bununla da kifayətlənməyən “SAMRA” yenidən Avropanı fəth etməyi planlaşdırır. Bunun üçün də hazırda Almaniyada reklam agentliyi ilə çalışır.

Ümid edirik, “Queen SAMRA” Avropada öz taxt-tacını möhkəmləndirməyi bacaracaq və layiq olduğu pilləyə sürətli addımlarla qalxa biləcək.