Senhit, San Marinonu Avroviziya Mahnı Müsabiqəsində ikinci dəfə təmsil edəcək.
Ölkənin ictimai kanalı RTV, Senhitin “Freaky!” və ya “Obsessed” adlı 2 mahnıdan birini ifa edəcəyini açıqlayıb. Hansı mahnının seçiləcəyi isə fanatlar tərəfindən müəyyənləşəcək. Səsvermə 7 Mart şənbə günü başlayıb, 8 Mart bazar gününə qədər davam edəcək. https://www.senhit.com/eurovision

Qalib mahnı isə 9 Mart tarixində Avroviziyanın rəsmi Youtube kanalında yayımlanacaq.

Qeyd edək ki, Senhit 2011-ci ildə San Marinonu Almaniyanın Düsseldorf şəhərində “Stand By” adlanan mahnı ilə təmsil etmiş və birinci yarımfinalda 16-cı olmuşdu.