Dünən İsveçin Veksyö şəhərində “Melodifestivalen 2024”-ün 3-cü hissəsi baş tutub. Burada ötən
illərdən tanıdığımız, Avroviziya Mahnı Müsabiqəsinin son qalib mahnısı “Tatoo”-nun yazarlarından
biri olan Kazi Opeya və “Melodifestivalen 2021”-də “Behöver inte dig idag” mahnısı ilə hər kəs
tərəfindən diqqət çəkərək 5-ci olmuş Klara Klinqenström də çıxış etdi.

Yarışın ilk hissəsində “Effortless” mahnısı ilə Ceklin ən çox səsi toplayaraq finala birbaşa vəsiqə
qazandı.
Yarışın ikinci hissəsində yaş qruplarına görə verilən xallarda “Give My Heart a Break” mahnısı ilə
finala birbaşa vəsiqə qazanan ikinci iştirakçı Kazi Opeya oldu.
İlk dəfə “Melodifestivalen”-də yarışan Klaudi və Qunilla Persson yarımfinalda bir daha final üçün
mübarizə aparacaqlar.


Qeyd edək ki, 9 mart tarixində baş tutacaq finalın hazırda 6 finalçısı məlumdur:
1. Smash Into Pieces – “Heroes Are Calling”
2. Liza Ayaks — “Awful Liar”
3. Liamu — “Dragon”
4. Mariya Sur — “When I’m Gone”
5. Ceklin — “Effortless”
6. Kazi Opeya — “Give My Heart a Break”