İsveçin ən böyük musiqi müsabiqəsi, eləcə də qalibinin Avroviziyada İsveç təmsilçisi olaraq seçildiyi “Melodifestivalen”in bu ilki iştirakçıları dünya ulduzlarının musiqi videolarını canlandırıb. Ölkənin məşhur jurnalı “QX” bu il belə bir fərqlilik etməyi qərara alıb.

Belə ki, Elisa Lindstörm və Ceklin Ladi Qaqa və Beyonsenin “Telephone” videosunda yer alıb. Özündən sevdiyi videoklipin hansı olduğunu soruşduqda, o “bu Ariana Qrandenin “Into You” klipidir. Mən Beyonse üçün zəif qalıram, o mənə necə disiplinli və mükəmməl biri olmağı öyrədib” deyə vurğulayıb.

Ötən illərdə uğurlar qazanmış və sevilən Dotter Lana Del Reyin “Born to Die” videoklipində yer alıb. Mariya Sur Teylor Sviftin “You Need to Calm Down”, “Elektra” Keti Perrinin “Roar”, Samir və Viktor “Backstreet Boys”-un “I Want It That Way”, Liamu Corc Mayklın “Outside”, Katsi Opeya Madonnanın “Justify My Love”, Markus və Martinus əkizləri Troy Sivanın “Rush”, “Medina” Dreykin “Hotline Bling” və Danni Sausedo Enni Lennoksun “Sweet Dreams” klipində səhnə alıb.