Lüksemburq 2024 Avroviziya Mahnı Müsabiqəsi təmsilçisini milli seçim turu vasitəsilə müəyyən edəcək. Yarışmada iştirak şərtləri isə belədir:

Minimum 16 yaş

Təbii ki, bu qayda Avroviziya Mahnı Müsabiqəsində də keçərlidir.

Böyük səhnədə oxumaq, və canlı ifa etmək bacarığı

Görünür, Lüksemburq dərsinə yaxşı hazırlaşmağa çalışır.

Namizədlər Lüksemburq vətəndaşı olmalıdırlar, və ya ən azı üç il müddətində Lüksemburqda yaşamış olmalıdırlar

Düşünülür ki, təmsilçi bütün sadiqliyini, ölkəsinə bağlılığını nümayiş etdirməlidir.

Hər bir namizəd istənilən dildə üç mahnı təqdim edə bilər

Mahnıların son göndərilmə tarixi bu ilin 1 oktyabr tarixinə kimidir.

Namizəd özünü musiqi və incəsənət sahəsində sübut etmiş biri olmaldır

Lüksemburq kiçik ölkə olsa da Avropa musiqi bazarında yerini tutmuş ifaçıları heç də az deyil. Gəlin potensial namizədlərə birgə nəzər salaq:

Arduinnas Dawn

Lüksemburqda yaranan bu metal rok qrupu Avroviziya üçün fərqli bir seçim ola bilər.

Ötən ildə ekranlara gələn “Moonfall” filminin soundtrekini səsləndirən və ölkəsində məşhurlaşan müğənni Luka Kloser Avroviziya üçün iddialı namizədlərdən biridir.

Tali Qolerqant

Öz şirin gitarası ilə səsləndirdiyi lirik mahnılarla xalqın rəğbətini qazanan gənc müğənni bəlkə də Lüksemburqun növbəti siması olacaq.

Bu, Lüksemburqun Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi sayca 5-ci milli seçim turudur. Qeyd edək ki, ölkə son iştirakını 1992-ci ildə edib.