Estoniyanın milli seçim turu olan “Eesti Laul” final gecəsi baş tutub. 12 iştirakçı arasında yer alan ötən ilin “What Love is” mahnısı ilə qalibi Uku Suviste, bu il də rəqiblərini geridə qoyub.

Finalda yarışan 12 iştirakçı:

1. Egert Milder “Free Again”
2. Suured Tüdrukud “Heaven’s Not That Far Tonight”
3. Hans Nayna “One By One”
4. Ivo Linna, Robert Linna, Supernova “Ma olen siin”
5. Karl Killing “Kiss Me”
6. Uku Suviste “The Lucky One”
7. Sissi “Time”
8. Jüri Pootsmann “Magus melanhoolia”
9. Redel “Tartu”
10. Koit Toome “We Could Have Been Beautiful”
11. Andrei Zevakin & Pluuto “Wingman”
12. Kadri Voorand “Energy”

Bu il bir çox digər təmsilçi kimi müsabiqəyə geri dönən sənətçi “The Lucky One” adlanan mahnı ilə ölkəsini Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.

Qeyd edək ki, Uku Suviste 20 may tarixində baş tutacaq 2-ci yarımfinalda mübarizə aparacaq.