İsveçi bu il Avroviziyada təmsil edəcək Lorin Yunanıstanın ALPHA kanalının səhər şousunda Super Katerina və jurnalist Yiannis Poulopolosa səmimi etiraflar edib.

Builki əsas favorit müsabiqəyə geri dönməsi və may ayında yarışmanı kimin qazanmasını istədiyi haqqında danışıb.

“Bu mənim üçün risk deyil, çünki hədəfim qazanmaq və ya hər hansısa bir dərəcəni əldə etmək deyil. Məqsədim sizə müsbət təsir göstərmək və sevdiyim bir şeyi yaratmaqdır. Etdiyim sadəcə budur!

Mənim səhnəmin hər bir detalı təbiidir. Çıxışıma nə zaman baxsanız görərsiniz ki, duman və külək effektləri hər səfərində fərqli olur və bunun necə bitəcəyini heç vaxt bilmirsən. Çətin ola bilər, amma ən yaxşısı məhz elə budur.

Bu il Avroviziya Mahnı Müsabiqəsini bir qadın müğənninin qazanmasını çox istəyirəm. Norveçi təmsil edən Alessandra ilə çox fərqli münasibətim var, və İspaniya adına yarışacaq Paloma ilə eyni musiqi zövqlərinə eyni tərzlərə sahib olduğumuzu demək istəyirəm. Qalib bu iki xanımdan biri olsa çox sevinərəm”

Lorin “Tattoo” mahnısı ilə mayın 9-u birinci yarımfinalda 11-ci sırada çıxış edəcək.