2023 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək TuralTuralX Türkiyənin İstanbul şəhərində səfərdədirlər. Bir neçə media qurumuna müsahibə verən qardaşlarla “OGAE Türkiye” görüş təşkil edir.
Müsabiqə öncəsi bu kimi fəaliyyətlər çox vacibdir. Məsələn, Avropada təşkil edilən müxtəlif partilər təmsilçilərin daha çox tanınmasına səbəb olur.
Hər nə qədər ölkəmizin təmsilçiləri ilə bizim fanatların görüşü baş tutmasa da, yarımfinalın yalnız xalq səsverməsindən ibarət olacağını nəzərə alsaq, digər ölkələrdə əkizləri yerli fanatlarla tanış etmək başa düşülən addımdır.
Bəs sizcə final üzü görməyən San-Marinonu 2019-cu ildə təmsilçisinin soydaşları olduğu üçün finala daşımağı və finalda xalq səsverməsində 10-cu etməyi bacaran Avropada yaşayan türk fanatlar qardaşlarına dəstək olacaqmı?
Ötən illərin xalq səsverməsi statistikalarına nəzər yetirib ən çox türk nüfusunun olduğu ölkələr – Almaniya, Belçika, Niderlandın Azərbaycana demək olar ki, dəstək olmadığını görsək də, yenə də bu kimi cəhdlərin nəticələrinin bizim üçün sevindirici olacağını ümid edirik.
Ən son Avroviziya xəbərləri üçün INFE Azərbaycan saytını ziyarət edə, sosial şəbəkələrdə bizi izləyə bilərsiniz.