🇨🇮 İrlandiya təmsilçiləri “Wild Youth” qrupu Barselonada baş tutacaq Avroviziya partisində çıxış edəcəklərini bildiriblər. Qrup həmçinin Londonda olacaq Avroviziya partisində, eləcə də Amsterdamda keçirilən ənənəvi “Eurovision in Contest” şousunuda qatılımını təsdiq edib.

Barselonada keçiriləcək tədbir üçün İrlandiyadan savayı Albaniya, Belçika və Sloveniya təmsilçiləri də çıxış edəcəklərini təsdiq ediblər. Parti 3 gün davam edəcək 23, 24 və 25 mart tarixlərində baş tutacaq. Bir sıra tanınmış Avroviziya simalarının çıxış edəcəyi tədbirdə 2020 və 2021 təmsilçimiz Efendi də möhtəşəm gecəyə qoşulacaq.