Eurovision-un ən uzun milli finallarından sayılan Litvanın
„Eurovizijos“ dainų konkurso nacionalinė atranka müsabiqəsinin bu gün keçirilən finalında juri və sms-dən maksimum xalı qazanan Jurijus, “Run with lions” mahnısı ilə ölkəsini Tel-Əvivdə təmsil etməyə haqq qazandı. Qeyd edək ki, mahnının müəlliflərindən Ashley Hicklin məşhur İngiltərəli bəstəkardır.

Müsabiqənin favoritlərindən sayılan və 2 mahnı ilə finala qalıb, daha sonradan səslərin bölünməməsinə görə bir mahnısını finaldan geri çəkən Monika Marija isə “Light On” mahnısı ilə 2-ci oldu.