2019-cu ildə İsrailin Təl-əviv şəhərində keçirilən Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı ərsəyə gəlməsində özünün də əməyi olan “Truth” mahnısı ilə təmsil etmiş və özünün uğurlu rəqəmi olan 8-ci yerlə yarışmanı tamamlamış Çingiz Mustafayevdən yeni xəbərlər var.

Uzun müddətdir ki, İndoneziyanın Bali adasında yaşayan və fəaliyyət göstərən istedadlı gənc müğənni artıq yaradıcılığını mənəvi-ruhani dəyərlərlə zənginləşdirərək sevənlərinə sürprizlər vəd edir.
15 aprel, Azərbaycanda ilk “Rumi Gecəsi” Spiritual Festivalı təşkil olunacaq. Tədbirdə səmazən dönmələri, ney ifaları, poetik səhnələr və Çingiz Mustafayevin yeni yaradıcılığı bir araya gələcək. Festivalın təşkilatçısı bundan öncə Azərbaycanda ilk dəfə karavan ətrafında tədbirlərlə tanınan Tərxan Tərlanzadədir. Çingiz Mustafayevin elektronik musiqi yaradıcılığı ilə bağlı keçirilən bir sıra gecələrin və “Rumi gecəsi” dalğasının layihə müəllifidir.


Moskvada doğulmuş Çingiz 6 yaşında ailəsi ilə birgə Qazax şəhərinə köçüb və gitara dərslərini də orada alıb. Müğənni ilk mahnılarını uşaq olarkən yazmağa başlayıb. Həvəskar musiqiçi atasının da təsiri ilə milli və dünya musiqisinə olan sevgisi onda gitara çalmaq həvəsi oyatmışdır. İlk dəfə “Yeni Ulduz 7” yerli musiqi yarışmasının qalibi olub. 2011-ci ildə də Avroviziya milli seçim turunda iştirak edib. O, 2013-cü ildə Azərbaycanı Yurmalada keçirilən “Yeni Dalğa”, 2016-cı ildə isə Ukraynanın “Qolos Kraini” müsabiqəsində təmsil edib. 2016-cı ildə Çingiz özünün qurduğu “Palmas” qrupu ilə birlikdə çıxışlar etməyə başlayıb.

Biletlər və tədbir haqqında məlumat üçün link: https://taplink.cc/haragedek/p/c19be2/