Növbəti il İsveçin Malmö şəhərində keçiriləcək müsabiqənin biletləri Bakı vaxtı ilə 28 noyabr 13:00-dan etibarən satışa buraxılmış olacaq. Qeyd edək ki, müsabiqənin birinci yarımfinalı 7, ikinci yarımfinal 9 və böyük final 11 may tarixlərində baş tutacaq. Həmçinin, yarımfinallar və final öncəsi baş tutacaq olan məşqləri də izləmək mümkündür.

Axşam və münsiflər heyəti məşqləri canlı şoulardan 1 gün öncə keçiriləcək. Məşqlər yayımlanmayacaq, lakin milli münsiflər yayımı izləyə biləcək və bu yayım əsasında öz səslərini verəcəklər. Məşqlər səsvermə hissəsi istisna olmaqla, canlı şouların, o cümlədən açılış aktı və interval aktlarının eynisi olacaq.

Qeyd edək ki, bu il biletlərin qiyməti 13€ və 334€ (24.19 və 621.60 AZN) arası dəyişir, bu isə ötən illə müqayisədə daha ucuzdur. Ötən il Liverpulda keçirilən müsabiqədə biletlərin minimum dəyəri 34€ və 427€ (63.28 və 794.68 AZN) aralığında idi.