Bu il Gürcüstanın birinci kanalı “The Voice” beynəlxalq televiziyası musiqi yarışması ilə Liverpulda keçiriləcək Avroviziya mahnı müsabiqəsi üçün ölkə təmsilçisini seçib.

INFE Azerbaijan fan klubunun da iştirak etdiyi final şousunda hər bir münsifin komandasından 2 iştirakçı olmaqla 8 ifaçı qalibiyət üçün mübarizə aparıb.

Lika Siradze
Tina Datikashvili
Anka Tatarashvili
Likuna Tutisani
Giorgi Datiashvili
Kakha Aslamazashvili
Iru Khechanovi
Tako Kakalashvili


Gecənin sonunda Gürcü xalqı Iru Khechanovini ölkələrinin Liverpuldakı sisması kimi görüb. İru ümumi səslərin 21,88%-ni toplayaraq “The Voice Georgia” yarışmasını qalib kimi tamamlamağı bacarıb.

2011-ci ildə İru “Candy” qrupunun tərkibində Gürcüstanı Uşaq Avroviziya mahnı müsabiqəsində təmsil edib. Onların “Candy Music” mahnısı 108 xal toplayaraq müsabiqənin qalibi olub.

Xatırladaq ki, 2011-ci ildə Gürcüstanı Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Eldirne qrupunun vokalisti Sopho Toroshelidze, 2009-cu ildə ölkəni təmsil etməyə şans qazanan, lakin müsabiqədən uzaqlaşdırılan Stephane Mgebrishvili, Dato Evgenizde və Dato Porchkhidze münsiflər heyətində yer alıb.