Səbinə Babayeva Avroviziyaya qayıtmaq istədiyini açıqlayıb və müsahibəsində

Yenidən iştirak etmək istəyirəm. Fəridlə məndən sonra ilk beşliyə, hətta ilk onluğa düşə bilən təmsilçimiz olmayıb, bu səbəbdən də geri qayıtmaqda qərarlıyam

kimi iddialı fikirlər səsləndirib.

Müğənni Nigar Camalın bir müddət əvvəl səsləndirdiyi fikirlərə cavab verən Babayeva Camalın Avroviziyada yalnız “Ell & Nikki” duetinin yaddaqalan olması ilə bağlı dediklərini təkzib edib. Babayeva 2008, 2009 və 2012-ci illərdəki çıxışlarının ən yaddaqalan olduğunu iddia edərək, Camalın “Ell və Nikki” haqqında dediklərini sadəcə fantaziya adlandırıb.

Mənbə: ARB TV