Türkiyəni 1985 və 1988-ci ildə Avroviziya Mahnı Müsabiqəsində “MFÖ” qrupunun tərkibində təmsil edən Özkan Uğur 69 yaşında xərçəng xəstəliyindən vəfat edib.

O, 17 oktyabr 1953-cü ildə Türkiyənin İstanbul şəhərində Uğur ailəsinin 5-ci övladı olaraq dünyaya gəlib.

Ölkəsində populyar aktyor və müğənni kimi tanınan Özkan Uğur ilk olaraq 1985-ci ildə Türkiyəni İsveçin Göteborq şəhərində baş tutan 29-cu Avroviziya Mahnı Müsabiqəsində Mazhar, Fuat, Özkan adlanan trionun tərkibində “Diday Diday Day” adlı mahnı ilə təmsil edib və 36 xalla 14-cü pillədə qərarlaşıb.
İsveçli aparıcı qrupun üzvlərinin adlarını şərh edə bilmir və qısaca “MFÖ” olaraq qrupu təqdim edir.
Elə o gündən qrup “MFÖ” olaraq adlandırılmağa başlayır.


Qrup ikinci cəhdini 1988-ci ildə “Sufi” adlanan mahnı ilə edir. Təəssüf ki, gözlənilən nəticəni ala bilmir və 37 xalla 15-ci sırada yarışmanı tamamlayır.

Özkan Uğur bir çox seriallarda rol alıb. O’ həmçinin “The Voice” lahiyəsinin Türkiyə formatında münsif olaraq yer alıb.