3 saat davam edən və 18 ifaçının qalibiyyət uğrunda mübarizə apardığı Xorvativiyanın 24-cü milli seçim turunun qalibi ölkənin məşhur “Let 3” qrupu olub.

Mirko Fodor, Mario Lipovsek Battifiaca və Marko Toljanın aparıcılıq etdiyi milli seçim turu Xorvatiyanın qərbində dənizkənarı kurort şəhəri Opatiyada keçirilib.


Ölkənin müsabiqə mahnısı “Mama ŠČ!” Damir Martinović Mrle və Zoran Prodanović tərəfindən yazılmışdır.
“Let 3” qrupunun dediyinə görə müharibə əleyhinə mahnı olan “Mama ŠČ!” anasına kiçik hiyləgər psixopatın onları müharibəyə göndərdiyindən bəhs edir. Bu psixopatın kim olduğu cavabını tapmaq isə sizin ixtiyarınızdadır.

Yerli populyarlıqdan başqa, “Let 3” qrupu rok musiqisinə orijinal yanaşması ilə bütün keçmiş Yuqoslaviya respublikalarında kifayət qədər tanınır. Onlar həmçinin vulqar mahnı sözləri və təxribatçı çıxışları ilə də tanınırlar.