Keçən ilki məyus edici nəticədən sonra, Almaniya Avroviziya Mahnı Müsabiqəsinə təmsilçi seçimini bu il də “Unser Lied für Liverpool” adlı milli finalı ilə edəcək.

Sözü gedən yarışmada 9 iştirakçı ölkəni Avroviziyada təmsil etmək uğrunda mübarizə aparacaq. Almaniyanın ictimai kanalı olan NDR, 8 iştirakçının adını yayımlayıb.

  1. Will Church – “Hold On”
  2. Patty Gurdy – “Melodies Of Hope”
  3. TRONG – “Dare To Be Different”
  4. Lonely Spring – “Misfit”
  5. Anica Russo – “Once Upon A Dream”
  6. Lord Of The Lost – “Blood And Glitter”
  7. Frida Gold – “Alle Frauen in mir sind müde”
  8. René Miller – “Concrete Heart”

9-cu namizədin kim olacağını isə TikTok istifadəçiləri 6 nəfər arasından səs verərək seçəcək və 4 fevral tarixində həmin artist açıqlanacaq.

  • Betül – “Heaven”
  • Leslie Clio – “Free Again”
  • From Fall To Spring – ” Draw The Line”
  • Ikke Hüftgold – “Lied mit gutem Text”
  • JONA – “10/10”
  • Mitchy & André Katawazi and NashUp – “Summertime”

“Unser Lied für Liverpool” finalı isə 3 mart tarixində Bakı saatı ilə 01:20-də başlayacaq.