Təl-Əvivdə keçiriləcək 64. Avroviziya mahnı müsabiqəsinə 72 gün qala müsabiqə iştirakçıları bir-bir ölkələrini təmsil edəcək mahnıları açıaqlayır.

Kipri təmsil edəcək gürcü ifaçı Tamta müsabiqədə ifa edəcəyi “Replay” adlı mahnının ilk demo versiyasının (1 dəqiqəlik hissə) internet üzərində icazəsiz yayılmasından sonra nəhayət ki, mahnısının tam versiyasını və rəsmi video klipini təqdim etdi.

Eleni Foureira və “Fuego” ilə tarixinin ən yaxşı nəticəsini əldə edən
Kipr milli yayımçısı ölkə təmsilçisini bu il də daxili seçim yolu ilə seçdi və “Fuego”nun yazarı Alex Papaconstantinou ilə yoluna dava etmək qərarı aldı. Nəticədə isə “Fuego”nu bizə xatıradacaq umptempo mahnı “Replay” ərsəyə gəldi.


Təmsilçisini daxili seçim yolu ilə seçənlərdən biri də Yunan milli yayımçısı ERT oldu.

Katerine Duskanın “Better Love” ilə İsraildə Elladanı təmsil edəcəyi artıq bizlərə bir neçə gün öncədən bəlli idi.
Leon of Athens, David Sneddon və Katerine Duskanın özü tərəfindən hazırlanan mahnın sözləri belə yunan komandasının PR strategiyasının bir parçası olaraq bir neçə gün əvvəl yayımlanmışdı.


“La Venda” ilə Miki, “Eurovision Gala of the Operación Triunfo 2019” qalib gələrək ölkəsini müsabiqədə təmsil etməyə haqq qazanmışdı.

Bir neçəsaat əvvəl isə İspaniyanın birinci kanalı RTVE, mahnılarının son versiyasını video klip ilə birlikdə yayımladı.