67-ci Avroviziya Mahnı Müsabiqəsində 🇵🇱 Polşanı “Solo” mahnısı ilə Blanka təmsil edəcək.

Fevralın 26-ı, bazar günü Polşa yayımçı kanalı TVP 10 namizədin iştirak etdiyi milli seçim turu olan “Tu Bije Serce Europy! Wybieramy hit na Eurozję!” — 2 saatlıq canlı şou keçirdi.

Pandemiya səbəbilə ləğv edilən 2020 Avroviziya Mahnı Müsabiqəsində Polşanı təmsil etməli olan Alisiya Şemplinskanın da mübarizə apardığı seçim turunda həm münsif, həm də xalq səsverməsindən ən yüksək xal toplayan qalib ifaçı Blanka oldu.

Yarı bolqar, yarı polyak olan Blanka Staykov may ayının 11-də Liverpulda “Solo” mahnısı ilə 2-ci yarımfinalın 2-ci hissəsində çıxış edəcək.

Mahnının musiqisi aiddir: Bartlomey Jeçitskiy, Blanka Staykov, Matsey Puxhalski, Marsin Quretskiy və Mikolay Tribults.

Sevgidən bəhs edən mahnının sözləri aiddir: Blanka Staykov, Yuliya Sandberq və Mariya Broberq.

Gecədə Azərbaycanı 2020-2021-ci illərdə Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Samirə Əfəndi, Yunanıstanı 2020-2021-ci illərdə Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Stefaniya və ötən ilin qalibi “Kalush Orchestra” qonaq qismində çıxış etdilər.

Polşa Turində keçirilən 2022 Avroviziya Mahnı Müsabiqəsində Kristian Oxmanla finala vəsiqə qazanmış, finalda isə 12-ci yedə qərarlaşmışdı. Bəs sizcə Blanka Polşa üçün daha yaxşısını edə biləcəkmi? Fikirlərinizi şərh bölməsində və sosial şəbəkələrdə bölüşə bilərsiniz.

Ən son xəbərlər üçün Azərbaycanın rəsmi Avroviziya fan klubu “INFE Azərbaycan”ı sosial şəbəkələrdə izləməyi və saytımızdakı digər xəbərləri oxumağı unutmayın!