INFE Azerbaijan

Official Member of INFE Network

Eleni Fureyadan növbəti uğur

Spotify platforması qadınlar üçün musiqi sektorunda bərabərliyin tərəfdarlığını nümayiş etdirmək üçün “EQUAL” adlı yeni kampaniyasını başladıb. “EQUAL Qlobal Musiqi Proqramı”-nın məqsədi bu bərabərsizliyi aradan qaldırmaq, sənətçilərə qlobal bir təcrübə yaşatmaq və daha çox imkanlar yaradaraq qadın yaradıcıların işini gücləndirməkdir.

Sözü gedən kampaniyada 50 ölkədən 35 sənətçi iştirak edir və onların mahnıları Spotify proqramındakı “Equal Global” pleylistinə daxil edilmişdir.

35 sənətçi arasında Kipr Respublikasını Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək ölkəyə ən yaxşı nəticəni qazandıran Eleni Fureyra da bu layihənin Yunanıstan səfiri olaraq yer alır.

Eyni zamanda, Eleni, Nyu Yorkun məşhur Times Meydanında Billboard-a girən Yunan musiqi səhnəsinin ilk nümayəndəsi olaraq bir başqa uğur qazandı.

Next Post

Previous Post

Şərh yaz

© 2021 INFE Azerbaijan

Theme by Anders Norén