Ölkəmizin Avroviziya mahnı müsabiqəsindəki ilk mahnısının söz yazarı və müsabiqə üzrə musiqi kordinatoru kimi çalışmış Zəhra Bədəlbəyli İctimai Televiziya yayımlanan “Eurovision Xəbərləri” verlişində İsrailin Təl-Əviv şəhərində baş tutacaq “Eurovision 2019” mahnı müsabiqəsində favoritlərini açıqlayıb.

Şairə, prodüser Zəhra Bədəlbəylinin proqnozuna görə müsabiqənin qalibi “Arcade” mahnısı ilə Hollandiya təmsilçisi Duncan Laurence olacaq.

İkinciliyi uğrunda isə İtaliya təmsilçisi Mahmood ilə Fransa təmsilçisi Bilal Hassani mübarizə aparacaq.

Müsabiqənin bürünc medalı isə keçən ilin gümüş medalının sahibi Kipr olacaq. Kipri gürcü ifaçı Tamta “Replay” adlı mahnı ilə təmsil edəcək.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev mayın 16-da “Eurovision 2019” mahnı müsabiqəsinin ikinci yarımfinalında 18-ci nömrə altında səhnəyə çıxacaq.