Marina 1986-cı ildə Afinada doğulmuş, Sudan əsilli ərəb ata və yunan ananın ailəsində gözlərini açmışdır. Uşaqlıqdan musiqiyə böyük həvəsi olan müğənni mahnılarında əsasən etnik yunan, Balkan və ərəb elemetlərindən istifadə edir.

2016-cı ildə çıxardığı sinql “Koupes” hazırda “Youtube” platformasında 27 milyon izlənməyə sahibdir. Eyni zamanda 2017-ci ildə “Mantissa” adlı sinqlı Avropa Birliyində “Top 100”-ə daxil olmağı bacarmışdır.

Müğənninin Avroviziya 2024 üçün ölkəsini təmsil edəcəyi mahnı “Zari” (“Zərlər”) adlanır. Mahnıda etnik yunan instrumentləri istifadə olunur və eyni zamanda Balkan, ərəb və hind elementlərini də görmək mümkündür.

Son illərdə enişli-çıxışlı performanslar göstərən Yunanıstan bu il etnik mahnısı ilə necə yer tutacağı böyük sual doğurur.