2023 Avroviziya Mahnı Müsabiqəsində Yunanıstan təmsilçisi Viktor Vernikosun “What They Say” ifasının səhnə təfərrüatları məlum olub.
Yunan Milli Opera Baletinin direktoru və ölkənin müsabiqədə bu ilki bədii rəhbəri olan Konstantinos Riqos gənc təmsilçi Viktor Vernikosun səhnə təfərrüatlarını açıqlayıb. Cənab Riqos mahnının hekayəsini səhnədə canlandıracağına ümid etdiyini və səhnədə iki əsas hissə – işıq və qaranlığı əks etdirəcəyini açıqlayıb.
“Çox gözəl andır! Bu işi görməyi çox xoşlayıram. O, Yunanıstanın ən gənc təmsilçisidir. Onun öz mahnısının müəllifi olması çox xoşuma gəlir.
Bu, çətin mahnıdır. Çünki onun çoxlu dəyişiklikləri var. Amma inanıram ki, Viktor bunu ən yaxşı şəkildə yerinə yetirəcək! Mən Viktorun səhnədə orijinal və yeni görünməsini istəyirəm!”
Xatırladaq ki, Yunan yayım şirkəti tərəfindən həm səhnələşdirmə, həm də Liverpulda yerləşmə üçün 277,365 avro büdcə ayrılıb.
Yunanıstan mayın 11-də Liverpulda keçiriləcək Avroviziya Mahnı Müsabiqəsinin ikinci yarımfinalında səkkizinci sırada çıxış edecək.