🇬🇷 Yunanıstan: 2023 Avroviziya Mahnı Müsabiqəsində səsləndirəcəyi mahnını təqdim etdi.

“What They Say” adlı mahnının klipi və son versiyası ilk olaraq ERT-nin yüksək səviyyəli media xidməti olan “ERTFLIX”-də yayımlandı.

“What They Say” mahnısına çəkilmiş klipin rejissorluğunu “PickCodes” kimi tanınan İannis Georgioudakis edib. Mahnının prodüserləri Kostas Kalimeris, Stiv Sovolos və Vangelis Yialamasdır. Əvvəllər 2011 və 2012-ci illərdə Yunanıstanın səhnə xareoqrafiyası üzərində çalışan Konstantinos Riqos yenidən bu öhdəliyi öz üzərinə götürəcək.

Viktor Vernikos Yunanıstanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün “PANIK Records” studiyası tərəfindən ölkənin daxili seçim turuna təklif olunmuşdu. 16 yaşlı Viktor yarı yunan, yarı danimarkalıdır. O, dörd yaşından mahnı oxumağa başlayıb və 14 yaşında ilk sinqlını buraxıb. Həmçinin Yunanıstanın Avroviziya Mahnı Müsabiqəsi tarixində göndərdiyi ən gənc təmsilçisidir.

Yunanıstan 11 may tarixində ikinci yarımfinalın birinci hissəsində çıxış edəcək.