Yunan mətbuatında yayılan xəbərə görə ölkənin Avroviziya 2023 təmsilçisi Viktor Vernikosun səsləndirəcəyi “What They Say” mahnısının təqdimatı təxirə salınıb.
Buna səbəb isə 28 fevral 2023-cü ildə Yunanıstanın Tempi vadisinin cənubunda iki qatarın toqquşması olub, hadisə zamanı 57 nəfər həlak olub, 85 nəfər isə yaralanıb. Qəza səbəbindən Yunanıstanda milli matəm elan olunub və başda ERT olmaqla bir çox yunan kanalları öz yayım programlarını dəyişiblər. Təqdimatın təxirə salınmasının digər səbəbi isə, Yunanıstanda Avroviziya üçün keçirilən daxili seçimin nəticələrinə qatılımçılardan olan Melissa Mantzukisin etirazı səbəbi ilə yunan milli yayımçı ERT-ni məhkəməyə verməsi olub. Məhkəmə qərarı Melissanın xeyrinə çıxarsa ERT müvəqqəti olaraq Avroviziya ilə əlaqədar fəaliyyətini dayandırmalı olacaq.
