AJ Odudu və Rylan təqdimatında baş tutan püşkatma mərasimi başa çatdı. Beləliklə, iştirakçı ölkələrin hansı yarımfinalda yarışacağı və böyük beşlik ölkələrinin nə zaman səs verəcəyi artıq bizə bəllidir. 1-ci yarımfinalda səsvermə hüququna Fransa, Almaniya və İtaliya malikdir. İspaniya, Ukrayna və Birləşmiş Krallıq isə 2-ci yarımfinalda səs verəcək.
1-ci yarımfinalda yarışacaq ölkələr:
- Serbiya
- Latviya
- İrlandiya
- Norveç
- Portuqaliya
- Xorvatiya
- Malta
- İsveç
- Moldova
- İsveçrə
- Finlandiya
- İsrail
- Hollandiya
- Azərbaycan
- Çexiya
2-ci yarımfinalda yarışacaq ölkələr:
- Ermənistan
- Kipr
- Danimarka
- Belçika
- Rumıniya
- İslandiya
- Yunanıstan
- Estoniya
- Albaniya
- Avstriya
- Litva
- San Marino
- Avstraliya
- Sloveniya
- Gürcüstan
- Polşa