Polşanın Gliwice şəhərində uşaqlar arasında keçirilən 17. Eurovision mahnı müsabiqəsini Superhero mahnısı ilə Polşanı təmsil edən Viki Gabor qazandı.

Müsabiqənin qalibini 5 nəfərdən ibarət (3 nəfər peşəkar müsiqiçi, 2 uşaq) münsiflər heyətinin səsləri və jesc.tv-də keçirilən onlinə səslər müəyyənləşdirdi.

Müsabiqənin qalibi 278 xal ilə Polşa, sonuncusu isə 29 xal ilə Malta oldu.

Qeyd edək ki, ölkəmiz bu ilki müsabiqədə iştirak etməkdən imtina edib.