Polşanın Gliwice şəhərində uşaqlar arasında keçirilən 17. Eurovision mahnı müsabiqəsində ölkəmiz iştirak etməsə də azərbaycanlı Eurovision fanatları səs verə biləcəklər.

Necə?

Müsabiqənin rəsmi veb saytına da keçirilən online səsvermə vasitəsi ilə azərbaycandan olan müsabiqə izləyiciləri səsvermə imkanı əldə edə biləcəklər.

Polşanın müsabiqədə ilk qalibiyyətinin əsas səbəbi olan online səsvermədə siz ilk olaraq iştirakçı ölkələrin məşqlərindən ibarət videoçarx izləməli olacaqsınız. Daha sonra isə 3-5 ölkəyə səsvermək şansə əldə edəcəksiniz.

Qeyd edək ki, bir dəfə səs verdikdən sonra siz bazar günü final şousu zamanı yenidən səs vermək imaknı əldə edəcəksiniz.