“UMK 2023”-ün nəticələrində 25% söz sahibi olacaq beynəlxalq münsiflər heyəti açıqlanıb.
Bu həftə sonu “UMK 2023” finalı ilə bağlı internet söhbəti zamanı şouda səs verən beynəlxalq münsiflər heyəti məlum oldu. Şouda səs verəcək ölkələr:
🇩🇪 Almaniya
🇦🇺 Avstraliya
🇬🇧 Birləşmiş Krallıq
🇪🇸 İspaniya
🇸🇪 İsveç
🇵🇱 Polşa
🇺🇦 Ukrayna
Timur Miroşniçenkonun “UMK 2023”-də Ukraynanın sözçüsü olacağı da açıqlanıb. Timur Avroviziya 2017 və Uşaq Avroviziyası 2009 və 2013-ə aparıcılıq edib, o, həmçinin Avroviziya 2023-də kliplərdə yer alacaq.
“UMK 2023”-ün finalı fevralın 25-də Turkudakı “Logomo”-da baş tutacaq. Şounun aparıcısı Samu Haber olacaq. “Logomo”, ardıcıl ikinci il, ümumilikdə isə üçüncü dəfə “UMK”-ya ev sahibliyi edəcək. Son iki müsabiqədə olduğu kimi, Finlandiyanın Avroviziya 2023-ə göndərəcəyi mahnı beynəlxalq münsiflər (25%) və ictimai səsvermə (75%) tərəfindən seçiləcək.
Turkuda keçiriləcək finalda finalçıların çıxış sıraları belədir:
- Robin Pakalen — “Girls Like You”
- KUUMMA — “Ylivoimainen”
- Käärijä — “Cha Cha Cha”
- Kira — “No Business on the Dancefloor”
- Bencamin — “Hoida mut”
- Lxandra — “Something to Lose”
- Portion Boys — “Samaa taivasta katsotaan”