Avroviziyanın ən qalmaqallı milli seçim turlarından biri olaraq tanınan Ukrayna milli finalı Vidbir, bu il təhlükəsizlik səbəblərinə görə Maidan Nezalezhnosti metro stansiyasında bomba sığınacağında baş tutub.

Timur Miroshnychenko, Zlata Ognevich və Kateryna Pavlenkonun təqdimatıyla baş tutan gecədə Taras Topolya, Jamala və Yulia Sanina isə münsiflər heyəti qismində iştirakçıları dəyərləndirib.

10 iştirakçı ölkəsini Liverpulda baş tutacaq 67-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün yarışıb. Münsif səsverməsinin qalibi KRUTЬ olsa da, xalq isə ən çox səsini TVORCHI-yə göndərib. Nəticədə qalib olan TVORCHI “Heart of Steel” adlı mahnısı ilə may ayında Ukrayna bayrağını dalğalandıracaq.

Qeyd edək ki, 2018-ci ildə yaranan qrup “Bonfire” adlı mahnı ilə 2020-ci ildə də Vidbir milli finalına qatılmış və 4-cü olmuşdu.

Gecənin bütün iştirakçılarını buradan izləyə bilərsiniz.