Ölkənin birinci kanalı UA:PBC, “Vidbir 2019” milli seçim turunun qalibi MARUV və növbəti iki yerin sahibləri Freedom Jazz və Kazka qrupu ilə ortaq məxrəcə gəllə bilməməsinin ardından müsabiqədə iştirakdan imtina edib.
23 Fevral 2019-cu ildə keçirilən “Vidbir 2019” müsabiqəsinin qalmaqallı finalından sonra Ukraynadan demək olar ki, hər gün yeni xəbər gəlirdi.
Kanalın ifaçı qarşısında qoyduğu ağır şərtlərdən sonra MARUV, müsabiqənin fanatlarından və müstəqil jurnalistlərdən ona dəstək olmağı istəyib. Daha sonra təmsilçilərinin Maruv olmayacağını açıqlayan UA:PBC kanalı, sıra ilə yarışmanın 2-ci (Freedom Jazz), 3-cü (KAZKA) Avroviziya üçün təklif göndərsə də hər 2 təmsilçidən yox cavabı aldıqdan sonra, eyni zamanda finalın 4-cü (Brunettes Shoot Blondes), 5-ci (Yuko) və 6-cılarının (Anna Maria) da müstəqil şəkildə təklif gəlsə belə qəbul etməyəcəklərini elan etdikdən sonra, bu gün kanalın rəsmi Facebook səhifəsində “Avroviziyaya qatılmağa dəyərmi?” başlıqlı anketinə, heç bir saat keçmədən ardı-ardına yox cavabı gəlməsi, belə görünür, kanalı çox məyus etdi və geri çəkilmə qərarı aldı.
UA:PBC-ın rəsmi açıqlaması:
“Avroviziya mahnı müsabiqəsi hər bir ölkənin beynəlxalq arenada özünü nümayiş etdirməsi və hər bir ifaçı üçün öz ölkələrinin səfirləri kimi çıxış etməsi və dünyanın hər yerindən fanatlar qazanması üçün bir fürsətdir. Ancaq bu ilki milli seçim turu, Ukraynanın musiqi sənayesi ilə bağlı sistemli bir problemə diqqət çəkdi – ifaçıların təcavüzkar dövlətlə əlaqəsinin. Bəziləri üçün bu məqbul hal kimi qəbul edilə bilər, digərləri üçün isə qəbul edilməz haldır. Hazırki şərtləri, Ukraynanın ictimai kanalının qanunlarını və milli seçim prosesinin çox siyasiləşməsini nəzərə alaraq, UA: PBC 2019
Avroviziya mahnı müsabiqəsindən çəkilməyə qərar verdi.”
Qeyd edək ki, Ukraynanın yarışdan geri çəkilməsi ilə ümumi yarışma iştirakçılarının sayı 41-ə, birinci yarıfinal iştirakçılarının sayı isə 17-ə düşdü.
Bəs sizcə, Ukrayna cəbhəsində hər hansı bir surpriz baş verəcək və onlar Tel-Əvivdə təmsil olunacaqlarmı?