🇦🇿 Əkizlərin gücü 😱 TuralTuranX ikinci məşqini uğurlu bir şəkildə tamamladı.

Mads Enqqaard bir daha öz möhtəşəm səhnə rejissorluğunu bizim üçün işə salıb.

Görüntülər ekrana başlanğıcda üç hissəyə bölünmüş ağ-qara rəngdən gəlsə də sonradan rəngli görüntülər göz oxşayır.

Qardaşların səsi bir-biri ilə, çox axıcı idi. Əminliklə deyə bilərik ki dinamik mahnılar sonrası “Tell Me More” tamaşaçılar üçün ağıllarda qalan olacaq.

İstər səs baxımından, istər görüntü, istərsədə tərz bax budur Avropanın istəyi.

9 May birinci yarımfinalda onların canlı performanslarını izləmək hər birimiz üçün qürur verici olacaq.