2023 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək “TuralTuranX” İsraildə baş tutacaq “İsrael Calling” konsertində çıxış edəcəklər.
Ölkəmizdən ən son 2018-ci ildə Aisel bu şouya qatılmışdı.

Daha əvvəl “Euroclub” məkanı kimi istifadə olunan və İsraildə “hər şeyin mümkün olduğu yer” adı verilən “Hangar 11” arenası bu möhtəşəm şouya ev sahibliyi edəcək.


Şounun aparıcıları Dafna Dekel və 1999-cu ildə Yerusəlimdə keçirən Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı olan Siqal Şaçmon olacaq. Dafna həmçinin İsraili Avroviziya 1992-də təmsil edib.

Tədbirdə bir neçə Avroviziya 2023 ifaçısının, eləcə də bəzi qonaq sənətçilərin çıxışları olacaq. Şou sosial mediada canlı olaraq yayımlanacaq.

Əsas şoudan əvvəl – aprelin 2-də “Avroviziya 2023” mahnı müsabiqəsində iştirak edəcək bir neçə nümayəndə heyəti İsrailə gələcək və üç gün ölkədə qalacaqlar. Səfər zamanı sənətçilər Qüds səfərinə çıxacaqlar. Təl-Əviv iqlim böhranı ilə qlobal mübarizə çərçivəsində İsrail ərazisində yerləşən KKL Avroviziya meşəsində ənənə halını alan ağac əkmədə iştirak edəcəklər.

2023 Avroviziya Mahnı Müsabiqəsində yarışan otuz yeddi sənətçidən sadəcə 10-unun şouda iştirakı təsdiqlənib. 5-ci dəfə keçirilən tədbirdə İsrailin Avroviziyada ilk dəfə iştirakının 50, İsrail Dövlətinin yaradılmasının isə 75 illiyi qeyd ediləcək.

Bu günə qədər təsdiqlənmiş tədbir iştirakçıları:

Azərbaycan – TuralTuranX
Albaniya – Albina & Familija Kelmendi
Çexiya – Vesna
Danimarka – Reiley
Gürcüstan – İru
İrlandiya – Wild Youth
Latviya – Sudden Lights
Malta – The Busker
Sloveniya – Joker Out
İspaniya – Blanca Paloma