5 yarımfinal və “İkinci Şans”-dan sonra nəhayət Norveçin milli seçim turu Melodi Grand Prix başa çatdı.

Nə az, nə çox 5 həftə davam edən milli seçim turunun qalibi TIX adı ilə tanınan Andreas Haukeland oldu. TIX, “Ut Av Mørket” adlanan mahnısının ingiliscə versiyası olan “Fallen Angel” ilə Norveçi Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.

2019-cu il Norveç təmsilçisi KEiiNO qrupu isə “Monumet” adlı mahnı ilə müsabiqənin 2-cisi oldular.

Qeyd edək ki, Norveç 18 May tarixində, 1-ci yarımfinalda yarışacaq ölkələr arasındadır.