Tina Karol Ukrayna brendi Lever Couture-in Yaponiyanın ən məşhur moda festivalı Rakuten Moda Həftəsi TOKYO üçün hazırlanmış kolleksiyasının səsi olub. Brend dizayner Lesya Verlingieri və bir çox mükafata layiq görülmüş modelyer, kreativ direktor, stilist və redaktor Nikola Formichetti tərəfindən yaradılmışdır.

Xüsusilə şou üçün hazırlanmış “Leleka” elektron mini albomunda ifaçı Ukrayna etnik mənsubiyyətinə və folkloruna müraciət edib. “Leleka” Azərbaycan dilində “Leylək” deməkdir. Ukraynalıların sevimli quşu olan leylək valideyn sevgisini, rifahı və xoşbəxtliyi təmsil edir. Albomun belə adlandırılması da təsadüfi deyil. Albomdakı mahnılar keçmişlə indi arasındakı bağı, ümidi və mədəni birliyi təmsil edir. Tina Karolun yeni albomu amerikalı DJ Macro/Micro ilə əməkdaşlığın bəhrəsidir.
“Bütün kolleksiyanın nümayişi üçün əsas olacaq albom yaratmaq üçün Tina öz çıxışında öz köklərindən ilham alaraq Ukrayna mədəniyyətinin leytmotivlərini və parlaq simvollarını təcəssüm etdirir” deyə Lever Couture yaradıcıs dizeyner Lesya Verlingieri bildirib.

Kolleksiyanın nümayişi və yeni albomun təqdimatı Rakuten Moda Həftəsi TOKYO çərçivəsində keçirilib. Tina Ukrayna dilində iki mahnı və Ukrayna xalq mahnısı olan “Kolomiyka”nın müasir versiyasını oxuyub. Tina Karolun çıxışı üçün Lever Couture eksklüziv geyim hazırlayıb. Belə ki, geyimdə istifadə olunan tekstura Ukrayna göz yaşlarını simvolizə edərək işığı özündə əks etdirir.
Qeyd edək ki, ifaçı Noyabr ayının 15-də Bakıda Heydər Əliyev Sarayı səhnəsində “Tina Karol Only Hits” adlı konsert proqramı ilə çıxış edəcək.

Biletləri buradan əldə edə bilərsiniz.
Mənbə: ELLE, wwdjapan/ Şəkillər: KO TSUCHIYA