Finlandiyanın paytaxtı Helsinki şəhərində yaşayan və “Voice of Finland” televiziya müsabiqəsinə qatılan Mona Savofiyar bildirib ki, Azərbaycanın pozitiv enerjisini və gücünü göstərmək məqsədilə “Eurovision” beynəlxalq mahnı müsabiqəsinə qatılmaq istəyir. Mona həm də “Azər-Türk” gənclər təşkilatının fəal üzvüdür.
O, “Görmədən seçimlər” mərhələsində “You don’t own me” mahnısını ifa edib. Həmin mərhələdə o, 3 münsifi döndürməyi bacarıb. Mona Anna Puunun komandasını seçərək növbəti mərhələyə keçib.
“Qarşıdurma” mərhələsində Mona rəqibi Kenni ilə bilikdə “Ain’t no mountain hugh enough” mahnısını ifa edib. Bu mərhələdə də Mona ustadını heyran etməyi bacararaq müsabiqəyə davam edib.
O, müsabiqəni dörddə bir final mərhələsində tərk etməli olub.
mənbə: diasporaaz